Lev Tolstoy deyirdi ki, “Təhsilə tələbat hər bir insanda vardır. Nəfəs almaq üçün havanı sevən və axtaran xalq təhsili də sevir və axtarır”. Bəzən isə elə olur ki, ölkədə deyil də xaricdə təhsilə önəm veririk. Bu istək nədən və niyə qaynaqlanır?
Təhsil bizim həyatımızda davam etdirməli olduğumuz şəxsi səyahətimizin və inkişafımızın bir növ ürəyidir. Bu yolda sağ qalmaq və güclü dayanmaq və iş həyatının hər mərhələsində digər insanlarla müqayisədə fərq yaratmaq üçün təhsilə ehtiyacımız var. Son dövrlərdə isə gənclər və insanlar arasında “Xaricdə təhsil” olduqca dəbdədir.
Həm mədəniyyət tərəfdən, həm də inkişafyönümlü təhsilimizi elə məhz ölkə xaricində də irəliyə apara bilərik. Xaricdə ali məktəblər texniki infrastruktur, təhsil sistemi və keyfiyyət baxımından çox yüksək səviyyədədir. Bu, xaricdə təhsil alan insanların daha yaxşı təchiz edilmiş və daha güclü akademik və peşəkar təcrübəyə malik olmasına yol açır.
Hər zaman deyirlər ki, bir mərmər üçün heykəltaraş nədirsə, ruh üçün təhsil də odur. Çalışaq həm gələcəyimizi, həm də dünyamızı öz təhsilimizlə gözəlləşdirək.
- Baxış: 397