• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 843
— 18.05.2023 10:30

"Ermənistan sülh prosesinin dinamikliyini pozmaq üçün təxribatlara əl atır"

KepezTV Player

Beynəlxalq arenada, dünyada sülhdən, ərazi bütövlüyübdən danışan Ermənistan regionda təxribat yaratmaq üçün səylə çalışır. Belə ki, rəsmi İrəvanın bu istəkdə olması  "Caliber" nəşrinin hazırladığı video materialda aydın görünür. Təqdim olunan videoda Ermənistan hərbçilərinin Xocalıda hərbi poliqonda döyüş atışları həyata keçirdiyini təsdiqləyən yeni görüntülər əksini tapıb. Bu isə rəsmi İrəvanın bölgədə yeni təxribatlar yaratmaqda maraqlı olduğunu göstərir.

Hesablamalara görə, ərazilərimizdə 10 minə qədər erməni hərbçisi var, bu isə Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır. Bu barədə "Caliber"in hazırladığı süjetdə məlumat verilir. Vurğulanır ki, Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti, həmçinin tərkibində Ermənistan vətəndaşlarının da olduğu hərbiləşdirilmiş dəstələrlə birlikdə Qarabağ ərazisində qeyri-qanuni  formada qalmaqdadır. Yayılan görüntülərdə Ermənistanın silahlı birləşmələrinin Xocalıda təlim keçdiyi kadrlar da var.

Ermənistan bir çox hallarda sülh prosesinin dinamikliyini pozmaq üçün təxribatlara əl atıb. Xocalıda hərbi poliqonda döyüş atışları həyata keçirməsi də məhz buna hesablanıb. Proseslərin belə davam etməsi Azərbaycanı daha ciddi addımlar atmağa- daha dəqiqi aniterror əməliyyatları keçirməyə vadar edir.

Azərbaycan torpaqlarını işğaldan azad etməzdən əvvəl, həmçənin Qarabağ zəfərindən sonrakı dövrdə Ermənistanın təxribatlarına qarşı daim beynəlxalq təşkilatların təzyiqlərinin vacibliyini vurğulayıb. Təəssüflər olsun ki, bu istiqamətdə rəsmi İrəvana təsir etməyən beynəlxalq güclər Ermənistanın daha da azğınlaşmasına şərait yaradır.

Belə olan halda Ermənistan və vasitəçiləri dəstək verdikləri qeyri-qanuni təxribatların yaradacağı hərbi gərginliklərə də hazır olmalıdılar. Axı Azərbaycan ordusu belə təxribatların qarşısının almağın yollarını dəfələrlə nümayiş etdirib.