• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1783
— 16.05.2023 12:18

Körpə uşaqların sağlamlığının qorunması

KepezTV Player

Aydındır ki, ölkəmizdə uşaqların sağlam böyümələri, onların vətənpərvər ruhda yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqətdə saxladığı məsələlərdəndir. Uşağın sağlam böyüməsi elə onun düzgün qidalanmasından başlayır. Körpələrin, xüsusilə 1-3 yaş arası olan uşaqların sağlamlığının qorunması üçün nə etməliyik? Həmçinin peyvəndlərin nə kimi xeyiri və ziyanı vardır? Gəlin sualımıza cavabı işinin mütəxəssisi olan müsahibimizdən alaq.

Elvira Qapaqova- Pediator-allerqoloq: “Yeni doğulan uşaq aylıq profilaktik müayinələrdən keçməlidir. Digər tərəfdən nəzərə alaq ki, bir yaşından sonra bu peyvəndlərin sayı azalsa da, amma müvafiq plana uyğun altı yaşına qədər davam edir. Bu müayinələrdə nələrə diqqət etmək lazımdır- boyu və kilosu uşaqların inkişafında əsas göstəricilərdir. Vaxtında doğulmuş uşaqların öz tempinə uyğun inkişafını izləyirik, yarımçıq doğulmuşları isə xüsusi nəzarətdə saxlayırıq. Anaların ən böyük qorxusu – “peyvəndlərin yan təsiri olurmu?” Yan təsir bəzi onkoloji xəstəlikləri, iltihab prosesi, allergiyası varsa olur. Sağlam uşağa vurulan peyvəndlərin isə əks təsiri yoxdur. Yayda bəzi viruslar azalsa da, dəri problemləri yarana bilir. Xüsusən də tozlu, ya da ağaclı yerlərdə oynayan uşaqlarda gənə, birə dişləmələrindən ehtiyatlı olmaq lazımdır”.

Hamıya bəllidir ki, sağlamlıq ilk növbədə insanın özündən asılıdır. Ancaq uşaqların sağlamlığı valideynlərdən asılıdır. Ona görə də uşaqların vaxtında tibbi müayinədən keçirilməsi onlarda baş verə biləcək xəstəliklərin erkən aşkarlanmasına imkan verir və xəstəliklərlə mübarizəni asanlaşdırır.

Lalə Bağırova