• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1259
— 13.05.2023 12:27

Rusiya ordusunun 47 hücumu dəf edilib

KepezTV Player
Ötən gün Ukrayna Silahlı Qüvvələri Limansk, Baxmuti, Avdeyevka və Marinka istiqamətlərində Rusiya ordusunun 47 hücumunu dəf edib. Bu barədə Ukrayna Baş Qərargahından bildirilib. Baxmut və Marinka şəhərləri son 24 saat ərzində hərbi əməliyyatların episentrində qalıb. Belə ki, Baxmut istiqamətində ruslar davamlı olaraq Baxmut şəhəri daxilində hücuma keçərək Orexovo-Vasilovka, Qriqorovka və Stupoçki yaşayış məntəqələri istiqamətində irəliləməyə uğursuz cəhd etdilər. Öz növbəsində Marinka uğrunda döyüşlər də şəhərin özündə və onun bilavasitə yaxınlığında davam edib.Ukrayna ordusu ötən gecə Rusiyanın 17 “Shahed” PUA-sını da vurub.