• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 09.05.2023 20:32

Əsir götürülən hərbi qulluqçuların qanunsuz azadlıqdan məhrum edilmələrinə etiraz

KepezTV Player

Ombudsman Səbinə Əliyeva Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinin qanunsuz olaraq azadlıqdan məhrum edilmələrini pisləyib. Ermənistanın keçirdiyi qondarma “məhkəmə prosesi”ndə verilmiş “qərar” ədalətsiz hesab olunub. Azadlıq hüququnun kobud pozulmasına səbəb olan bu qərarın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu bildirilir, əsgərlərimizin tez bir zamanda azad olunması tələb edilib. Ombudsman bütün beynəlxalq ictimaiyyəti əsirlikdə olan hərbçilərimizin tezliklə azad edilməsi üçün Ermənistana ciddi təsir və təzyiq göstərilməsinə, beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tədbirlərin görülməsinə çağırıb.