• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 07.05.2023 20:34

1000-dən artıq Türkiyə vətəndaşı səsvermədə iştirak edib

KepezTV Player

Qardaş Türkiyənin Gəncədəki Baş konsulluğunda türk vətəndaşlarının prezident və parlament seçkilərində mayın 5-i səhər saatlarından başlayan səsverməsi bu gün başa çatır. Ən son məlumata görə, indiyədək 1000-dən artıq Türkiyə vətəndaşı baş konsulluğa gələrək səsvermədə iştirak edib. Səhər saat 9-dan etibarən başlayan seçki prosesində 5 nəfərdən ibarət seçki komissiyasının nümayəndə heyəti xidmət göstərir, Həmçinin siyasi partiyaların müşahidəçiləri onlar üçün ayrılan uyğun bir yerdən seçkinin gedişatını izləyir. Türkiyə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Ümumilikdə ölkə üzrə 11 minə yaxın türk vətəndaşı səsvermədə iştirak edib. Səsvermə bütün ünvanlarda bu gün saat 21:00-dək davam edəcək. Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.