• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1418
— 05.05.2023 19:25

"Pley-off"çular müəyyənləşib

KepezTV Player

Gəncədə keçirilən basketbol liqasının 3-cü dövrəsi başa çatıb. Bununla da pley-off-a yüksələn 4 komandanın adı bəlli olub. UTECA, Telekom, Regional Kollec və Göygöl kollektivləri həlledici mərhələdə mübarizə aparacaqlar. Finala gedən yolda Telekom Göygölə, UTECA isə Regional Kollecə rəqib olub. Dekabrda start götürən liqa regionda ilk dəfə təşkil edilir.