• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 976
— 29.04.2023 12:03

Yerli özünüidarəetmədə Heydər Əliyev irsindən danışılıb

KepezTV Player

Azərbaycan Texnalogiyya Universtetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi praktik seminar keçirilib. “Heydər Əliyev Azərbaycanda yerli özünü idarə etmənin banisidir” mövzusunda reallaşan tədbir İnzibati idarəetmə və kommersiya kafedrası tərəfindən təşkil olunub. Mövzu ətrafındakı məruzələrdə Azərbaycanda ulu öndərin yerli özünü idarəetmənin təşkili və formalaşmasında xidmətləri vurğulanıb. Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirildiyinə diqqət çəkilib. Yerli özünü idarəetmə orqanlarının fəaliyyəti ilə bağlı çoxsaylı qanunların qəbul edildiyi, normativ-hüquqi bazanın formalaşdırıladığı, sərəncam və fərmanların imzalandığı diqqətə çatdırılıb. Eləcə də respublikanın ali məktəblərində yaradılan müvafiq ixtisaslar üzrə yetişdirilən kadrların bələdiyyələrin idarəetmə fəaliyyəti üçün potensial imkanlar açıb. Seminarda eləcə də dahi şəxsiyyətin ölkənin bütün istiqamətlərini əhatə edən çoxşaxəli fəaliyyətinə nəzər salınıb, onun prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi uğurlar, bügünki tərəqinin təməlinin qoyulduğuna diqqət çəkilib. Tədbirdə məruzələr ətrafında fikir mübadiləsi də aparılıb.