• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2203
— 24.04.2023 19:02

Oğurluq edən şəxslərdə narkotik aşkarlanıb

KepezTV Player

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Qarayeri qəsəbəsindəki evlərin birinə qanunsuz olaraq daxil olub oradan ümumi dəyəri 1400 manat olan müxtəlif müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ruslan Həsənov və Cavid Xəlilov maddi sübutlarla birlikdə saxlanılıb. Polis Şöbəsində həmin şəxslərin üzərinə keçirilən baxış zamanı isə narkotik maddə olan “metamfetamin” aşkarlanıb. Samux Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qətiimkan tədbiri seçilib. Saxlanılan şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.