• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1643
— 16.04.2023 19:38

Tovuzda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

KepezTV Player

Tovuz RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “VAZ 2106” markalı avtomobilin sürücüsü, Tovuz rayon sakini Zaur Nəsibov yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, Z.Nəsibov narkotik vasitədən istifadə etdiyi məlum olub. Sürücü barəsində protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilib.