• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1030
— 15.04.2023 12:45

Dövlət rəmzinə hücum - Azərbaycan xalqına qarşı nifrətin göstəricisi

KepezTV Player

Ermənistandan növbəti barbarlıq, bu dəfə də dünyanın gözü qarşısında. İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı mənfurlar yenə də vəhşiliklərini nümayiş etdiriblər. Azərbaycan bayrağını yandırmaqla. Dövlətimizin atributuna Ermənistanda edilən hücum bu ölkənin Azərbaycana qarşı dövlət səviyyəsində yürütdüyü nifrət siyasətinin bariz nümunəsinin bir daha təsdiqidir. Bu, həm də etnik zəmində məğlub ölkədə Azərbaycan xalqına qarşı nifrətin hökm sürdüyünü bir daha təsdiq edir. Ermənistanda rasizmin, milli, dini ayrı-seçkiliyin hökm sürdüyünü aydın şəkildə göstərir. Avropa çempionatının rəsmi açılış mərasimində iştirakçı dövlətin bayrağının yandırılması o deməkdir ki, bu ölkə beynəlxalq tədbirləri qəbul etməyə və keçirməyə layiq deyil. Avropa və dünyanın idman təşkilatları Ermənistanda dövlət səviyyəsində yürüdülən rasizm və nifrət siyasətini sərt şəkildə qınamalı, Ermənistanda hər hansı beynəlxalq tədbirin keçirilməsinə qadağa tətbiq etməlidirlər.

Azərbaycanın fərqli və tolerant münasibəti

 Bu arada bir haşiyə çıxaq, elə də uzaq olmayan, 8 il öncəyə qayıdaq. Bakı, birinci Avropa oyunları. Olimpiya stadionu. Mötəbər tədbirin açılış mərasimi. Və minlərlə tamaşaçının qarşısına erməni idmançıları, əllərində öz ölkələrinin bayrağı ilə çıxır. Heç bir etiraz, xoşagəlməz hal belə baş vermir.

Yenə də birinci Avropa oyunları, 91 kq-da olan boksçuların mükafatlandırılması mərasimi. Prezident İlham Əliyev mükafatçılar sırasında olan və Ukraynanı təmsil edən erməni idmançıya medalını təqdim edir. Lakin erməni əsilli boksçunun adının çəkilməsi azarkeşlərin tribunalardan fit səsləri ilə müşayət olunur. Bunu görən, ölkə başçısı İlham Əliyev jestlə tamaşaçılardan boksçunu fitə basmamağı istiyir. Bu jestdən sonra zalda əyləşənlər ukraynanı təmsil edən ermənini alqışlamağa başlayır. Prezident də əl işarəsi ilə azarkeşlərə təşəkkür edir.