Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycana səfəri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üzrə səyləri, münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə prioritetləri müzakirə edilib. Bu xüsusda, əsas məqsəd olan sülh müqaviləsinin imzalanması ilə Azərbaycan və Ermənistan arasında dövlətlərarası səviyyədə normallaşmaya dair ölkəmizin baxışı diqqətə çatdırılıb və Ermənistanın bu cür səylərə zərbə vuran maneələri və hərbi-siyasi təxribatları barədə qarşı tərəfə məlumat verilib. ATƏT-in üsul və vasitələrinin təşkilatın post-münaqişə reabilitasiya fəaliyyətləri ilə geniş və hərtərəfli şəkildə məşğul olması üçün əsas təşkil etdiyinə görə, təşkilatın Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi post-münaqişə bərpa səylərinə, o cümlədən minalardan təmizləmə işinə töhfə verməsi məsələsinin vacibliyi vurğulanıb. *** Ceyhun Bayramov Buyar Osmani ilə birgə mətbuat konfransında isə Ermənistanın təhlükəli və təhrikedici addımlarından çəkinməli olduğunu, bunun nəticələrinin Ermənistan üçün ağır ola biləcəyini vurğualyıb. Ceyhun Bayramov Ermənistanın destruktiv yanaşması nəticəsində dekabrdan bəri fiziki görüşlərin olmadığına da diqqət çəkib.
- Baxış: 314