• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1516
— 06.04.2023 19:55

"Gəncə"dən ardıcıl 5-ci qələbə

KepezTV Player

Azərbaycan Basketbol Liqasında XXIV tura yekun vurulub. Turun bağlanış qarşılaşması "Xırdalan" və "Gəncə" komandaları arasında oynanılıb. Vacib görüşdə Qərb təmsilçisi qələbə qazanıb - 94:83. Oyunda ən məhsuldar basketbolçu "Gəncə"nin heyətində Amil Həmzəyev olub. Komandanın kapitanı 24 xal və 6 ribaundla oynayıb. Bu qələbədən sonra mövqeyini yaxşılaşdıran Nizami yurdunun təmsilçisi turnir cədvəlində 2-ci pilləyə yüksəlib. "Sarı-göylər"in aktivində 24 oyundan 21 xal var. Növbəti turda "Gəncə" doğma divarlar arasında "Sabah"a qarşı oynayacaq. Bu görüş aprelin 8-də yerli olimpiya idman kompleksində keçiriləcək. Matçın başlama saatı 15-dir.