• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1936
— 02.04.2023 20:05

“Sarı-göylər”dən ardıcıl dördüncü qələbə

KepezTV Player

Azərbaycan Basketbol Liqasının 23-cü turu çərçivəsində Gəncə doğma meydanda Zirvə Astaranı qəbul edib. Oyundan öncə Nizami yurdunun təmsilçisinin qazandığı ölkə kubokunun təqdimatı olub. Kapitan Amil Həmzəyev kubokla birlikdə meydana daxil olaraq onu azarkeşlərə nümayiş etdirib. Qarşılaşmaya gəlincə, görüş meydan sahibləri üçün yaxşı başlayıb. Qonaqların ard-arda 3 xallıq atışlarından sonra hesabda geri düşən sarı-göylər yalnız 4-cü periodda rəqibə çata bilib. Üstün oyunu tabloda da əks etdirən gəncəlilər hesabı xeyrlərinə dəyişiblər. Cavadxan yurdunun klubu yekunda 98-89 hesabıyla qalib gələrək, turnir cədvəlində 3-cü pillədəki mövqeyini qoruyub. Görüşün qəhrəmanı Kollin Törner olub. Amerikalı oyun qurucusu 3 xal toplayıb və 11 assist edib. Onun komanda yoldaşı Cəbrayıl Əkbərov isə 10 xal və 10 ribaundla oynayıb.