• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2025
— 26.03.2023 19:28

Siqaretin psixoloji təsirləri

KepezTV Player

Siqaret çəkmək, fiziki asılılığa əlavə olaraq, öyrənilmiş xətalı bir davranış növüdür. Siqaret çəkən adam stressə girdiyində, əsəbləşəndə, içki içəndə yaxşı və ya pis bir xəbər alanda bu vərdişi çıxış yolu olaraq görür. Mütəxəsislər tövsiyyə edirki, bu vərdişdən imtina etmək istəyənlər tibbi yardımla yanaşı psixoloji yardım da almalıdır.

Araşdırmalar nəticəsidə mütəxəsislərin gəldiyi qənaətə görə vərdişlə yanaşı siqaretdən qurtula bilməməyin əsas səbəblərindən biri psixoloji asılılıqdır. Belə ki, siqaretçəkmə nəticəsində orqanizmə ötürülən nikotinin təsiri 2 saatdan sonra itir. Yəni orqanizmin bunu tələb etməsi kimi söylənən fikirlər əsassızdır.

Psixoloqlar deyir ki, qadınlara nisbətən kişilərin vərişlərdən asılılığı daha çox olur. Bu vərdişlər içərisində ən geniş yayılanı olan siqaret çəkmədə isə maddənin üzərinə nə qədər yük düşürsə eyni zamanda insanların psixikalarının üzərinə də bir o qədər yük düşür. Əfsuslar olsun ki, çoxları bu vərdişi çıxış yolu kimi görür.

Alman mütəxəssislərinin gəldikləri qənaətə görə, siqaret çəkmək insan sağlamlığına ziyan yetirməklə yanaşı, beyinin iş fəaliyyətinin ölçüsünü azaldır. Həmçinin siqaret iştahanı azaldaraq qidanın həzmini ağırlaşdırır, sümük boşluğu və digər ciddi problemlərə səbəb olur, yuxu sistemini qarışdırır və görmə qabiliyyətini çətinləşdirir.