Yaşından asılı olmayaraq sahibkar olaraq öz biznesini qurmaq istəyən qadının mütləq maarifləndirməyə ehtiyacı var. Həmin qadınlar üçün ən əsası iqtisadi və hüquqi biliyin olmasıdır. Bununla da həmin qadın qarşısına çıxan problemi həll edə bilir. Gəncədə sahibkar qadınların maarifləndirilməsi də bu məqsədə xidmət edir.
Sahibkar xanımlar üçün keçirilən maarifləndirilci tədbirdə biznes planların hazırlanması və həyata keçirilməsi yolları izah edilib. Bunun üçün peşə kurslarında iştirakın əhəmiyyətinə toxunulub. Təlimlərlə yanaşı texniki dəstəyin də böyük təkan olacağı qeyd edilib.
Gənc qadınların məşğulluğunun artırılması evdar xanımların da biznesinin yaradılmasına kömək hesab edilir.
İlin sonuna kimi “Sahibkar Qadınlar” İctimai Birliyi tərəfindən xanımların maarifləndirilməsi üçün 3 layhənin icrası nəzərdə tutulur.
Elnur Vahidoğlu
- Baxış: 361