• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 17.03.2023 12:11

Bayramda necə qidalanaq ki, artıq çəki almayaq?

KepezTV Player

Novruz xalqımızın ən sevimli bayramlarından biridir. Həmin gün bayram süfrəsini növbənöv şirniyyatlar, milli yeməklərimiz bəzəyir. Hər birimiz bu təamlardan doyunca dadmaq istəyirik. Unutmamalıyıq ki, çox yemək orqanizmin düşmənidir. Dietoloqların dediyinə görə, bayramlarda qarışıq qidalardan imtina etmək, mütləq bir çeşiddə yemək lazımdır. Xüsusilə də salatların qəbulunda diqqətli olmaq vacibdir. Bəzən olur ki, salatlar hazırlayırıq və bunu bir neçə gün sonra belə yeyirik. Bu isə olduqca təhlükəlidir. Yaxşı olar ki, bu cür qidalar bir gün ərzində qəbul olunsun. Bəs bayramda hansı yemək və şirniyyatlara daha çox üstünlük verilir?

Bayramlar bitdikdən sonra, hər kəs aldığı artıq  çəkidən şikayətlənir. Çünki istər-istəməz bayram şirniyyatları, xüsusi olaraq bişirdiyimiz yeməklərin həddindən artıq qəbulu bizim üçün yaxşı nəticələnmir. Müxtəlif xəstəliklərin- şəkərli diabet, piylənmə, insult, böyrək çatışmazlığı və bağırsaq sisteminin pozulması kimi hallar ilə qarşılaşırıq. Xüsusilə də əgər bayram günləri evdə oluruqsa, çəki artırmaq elə də çətin olmayacaq. Bəs necə edək ki, bayram günlərində artıq çəki almayaq? Mütəxəssislərin fikrincə, daha çox yeməyin qarşısını almaq üçün gün ərzində su qəbulunu artırmaq lazımdır. Hazırlanan  şirniyyatları həm hamısını eyni anda, həm də yeməkdən dərhal sonra çay ilə qəbul etmək məsləhətli deyil. Eyni zamanda hərəkətlilik səviyyəsinə də fikir vermək lazımdır. Əks halda isə yuxarıda sadaladığımız problemlər yaranacaq.

Həyat qısadır deyib, yanlış qərarlar versək, nəticəsiylə üzləşməli olan yenə özümüz oluruq. Odur ki, çəkimizə və qəbul etdiyimiz qidalara diqqət edək ki, nəticə bizi sağlamlığımızla sınamasın. Çünki, həyatda ondan daha qiymətli heç nə yoxdur.

Lalə Bağırova