Düz 35 ildir ki, Qərbi Azərbaycana qayıtmaq istəyi onları bir an belə tərk etmədi. Hafizələrindəki ata-baba yurdlarının xəyalları ilə yaşayıb, böyüməkdə olan nəslə hər dəm xatırlatdılar. Qayıdacaqlarına ümid azalsa da, tam itməmişdi. Lakin Qarabağa qayıdışın yaşandığı bir dövrdə Qərbi Azərbaycana da dönməyin mümkünlüyü bu gün reallığa çevrilir.
Bayram Apoyev- Qərbi azərbaycanlı: “Əslən Qərbi Azərbaycanın Şırlan kəndindənəm və həmin kəndi də XIX əsrin sonlarında mənim ulu babam salıb. 1936-cı ildə babamın ailəsini və kəndin bütün camaatını Orta Asiya çöllərinə sürgün ediblər. Orda bir neçə il yaşadıqdan sonra gizlin yolla yenidən öz yurdlarına qayıdıblar. Qayıdanda görüblər ki, kəndimizin daşı-daş üstə qalmayıb. Ermənilər tamamilə dağıdıblar”.
Ermənilərin Qərbi Azərbaycanda törətdiyi müsibətlər tarix boyu davam edib. Azərbaycan kəndlərini dağıtmaq, yandırmaq, soydaşlarımızı didərgin salmaq mənfur niyyətlilərin işi olub. Ötən əsrdə ermənilər tərəfindən 4 dəfə deportasiyaya məruz qalan azərbaycanlılar bunun ağrı-acısını yaşayıb. Ermənilən son belə vəhşiliyi nəinki tarixi torpaqlardan deportasiya, eləcə də Qarabağdan qaçqın və məcburi köçkünlüklə yekunlaşdı. Azərbaycana pənah gətirənlər elə bu torpaqda da əzab-əziyyətlə qarşılaşdı.
Azadlığına qovuşan Qarabağdan sonra Qərbi Azərbaycana da qayıdışın aktuallaşması solan ümidlərin reallığa çevrilməsinə səbəb olub.
İndi beynəlxalq hüquq çərçivəsində Qərbi Azərbaycana qayıdış planı hazrlanır. Bu, bir daha Azərbaycan xalqının əzmkarlığını bütün dünyaya sübüt edəcək tarixi hadisə olacaq.
Elnur Vahidoğlu
- Baxış: 255