• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1454
— 10.03.2023 12:52

Quldurluq və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Belə ki, polisə vətəndaşa məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı naməlum şəxsin daxil olaraq ev sahibini həyatı təhlükəli zor tətbiq etməklə hədələyərək 1130 manat pul, 200 ABŞ dolları və 2 ədəd mobil telefonu quldurluq yolu ilə ələ keçirməsi barədə məlumat daxil olub. İkin araşdırmalar nəticəsində cinayəti törədən şəxslərin Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Mirzəyev və Göygöl rayon sakini Abbas Sadıxov olmaları məlum olub. İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R. Mirzəyev Gəncədə, A. Sadıxov isə Bakıda saxlanılıb. Sonuncu saxlanılan zaman üzərindən quldurluq yolu ilə əldə etdiyi pul əsginasları ilə bərabər 1 ədəd tapançayabənzər alışqan da maddi sübut kimi müəyyən olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliiyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş oğurluq cinayətinin də üstü açılıb. Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki ticarət mərkəzlərindən birinə qeyri-qanuni yolla daxil olaraq oradan külli miqdarda nağd pul oğurlamaqda şübhəli bilinən Arzu Hacıyev Samux rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edilən faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.