Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saudu qəbul edib. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü məsələsində, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə də Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəyi yüksək qiymətləndirib. Şahzadə Turki Al Faysal Al Saud ölkəmizin azad olunmuş ərazilərimizdə apardığı genişmiqyaslı bərpa-yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısını təbrik edib. Qonaq oraya səfərinin ona dərindən təsir etdiyini də bildirib. *** Prezident İlham Əliyev BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının icraçı direktoru Vinni Byanyimanı da qəbul eləyib. *** Bundan başqa, İlham Əliyev İsrailin sabiq Baş naziri Ehud Olmertlə görüşüb.
- Baxış: 453