• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1279
— 05.03.2023 19:54

11-cilər buraxılış imtahanı veriblər

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 illik orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirilib. 30-dan çox şəhər və rayonda baş tutan imtahanlar Gəncədə də təşkil olunub.
Cavadxan yurdundakı imtahanlar üçün 7 bina ayrılıb. Çəkiliş apardığımız 1 saylı tam orta məktəbin qarşısında dayanan valideynlər, şagirdlərin yaxınları həyəcanla imtahanın bitməsini gözləyirdilər.
Buraxılış imtahanında iştirak edənlər Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən olan sualları cavablandırmağa çalışıblar. Biliyini sınayanlardan 3 saatın sonunda suallara yaxşı cavab yazanlar da olub, çətinliklə üzləşənlər də.
Ümumilikdə Gəncədəki imtahanlarda 1751 şagird qeydiyyatdan keçib. Buraxılış imtahanlarının idarə olunması üçün 7 ümumi rəhbər, 19 imtahan rəhbəri və 151 nəzarətçi ayrılıb. 
Dövlət İmtahan Mərkəzinin Gəncə Region bölməsinə daxil olan Göygöl və Goranboy rayonlarında da buraxılış imtahanları keçirilib. Ümumilikdə ölkə üzrə 50 mindən çox məktəblinin iştirak etdiyi imtahanın nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.