Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev ilinə həsr olunan silsilə tədbirlər çərçivəsində daha yarış keçirilib. Bu dəfə MMA üzrə Gəncə şəhərinin açıq birinciliyində yeniyetmələr və gənc döyüşçülər qalib olmağa çalışıblar.
Göygöl olimpiya idman kompleksində təşkil edilən yarışın rəsmi açılış mərasimində ümummili lider Heydər Əliyevin idmanın, bədən tərbiyəsinin inkişafına xüsusi qayğı ilə yanaşdığı, bu sahənin ölkədə inkişafını daim diqqətdə saxladığı vurğulanıb. İdmançılarımızın həm olimpiya, həm də qeyri-olimpiya növlərində uğurlu nəticələr əldə etdiyi, MMA növünün də son zamanlar Azərbaycanda populyarlıq qazandığı ifadə olunub.
Rəsmi hissənin ardından yarışa start verilib. Açıq xarakterli olduğundan birincilikdə Gəncə idmançıları ilə yanaşı Bakı, Qəbələ, Bərdə, Göygöl, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Goranboy və Qaxı təmsil edən döyüşçülər də iştirak edib. Yarışda 200-ə yaxın idmançı mübarizə aparıb. Ümumilikdə qaliblər 36 çəki dərəcəsində müəyyənləşib.
Ulu öndərin 100 illik yubileyi münasibətilə digər idamn növlərindən də silsilə yarışların keçirilməsi planlaşdırılıb.
Yarışın yekunlarına əsasən 1-ci yerə Gəncə komandası layiq görülüb. Göygöl kollekitiv 2-ci, Gədəbəy isə 3-cü sırada qərarlaşıb. İlk 3 yerin sahibləri diplom və medalla təltif ediliblər.
- Baxış: 489