• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1796
— 27.02.2023 20:32

Xocalı faciəsinə həsr olunan şəhər birinciliyi keçirilib

KepezTV Player

Gəncədə 26 fevral Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunan sərbəst güləş üzrə yeniyetmələr arasında şəhər birinciliyi təşkil edilib. Rəsmi açılış mərasimində soyqırımın yalnız azərbaycanlılara qarşı yox, eyni zamanda bəşəriyyətə qarşı törədilən cinayət olduğu qeyd olunub. Gənc nəslin bu faciə haqqında məlumatlanması üçün hər il təbliğat xarakterli bu cür yarışların keçirilməsinin böyük önəm daşıdığı bildirilib. Yerli Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 3 yaş qrupunda qaliblər müəyyənləşib. 16 çəkidə dərəcəsində reallaşan yarışda 130-a yaxın yeniyetmə döşək üzərində bacarığını göstərib. Sonda fəxri yerləri tutanlar diplom və medallarla mükafatlandırılıblar.