• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 812
— 26.02.2023 20:33

Ekofəallar Xocalı faciəsini anıblar

KepezTV Player

Azərbaycanlı ekofəallar və könüllü gənclər Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda davam edən etiraz aksiyasının 77-ci günündə Xocalı faciəsi ilə bağlı şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları Azərbaycan, rus, ingilis dillərində Xocalı faciəsi ilə bağlı hazırlanmış plakatları qaldırıblar.Aksiya ərazisində “Xocalıya Ədalət!” kampaniyasının rəmzi olan badam ağacının çiçəyi formasında maket və Xocalı faciəsi ilə bağlı lövhələr yerləşdirilib. Aksiyaya baxmayaraq yol humanitar məqsədlər üçün açıqdır. Yoldan Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin keçidi bunu bir daha sübut edir.