Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Xocalıda baş verənlər bəşər tarixinin ən dəhşətli faciələrindən biridir. 31 il keçməsinə baxmayaraq Xocalı soyqırımı böyükdən kiçiyə hər kəsin qan yaddaşındadır.
Xocalı soyqırımının canlı şahidləri bu faciənin ağrısını-acısını, ağlasığmaz dəhşətlərini bugünki kimi xatırlayırlar. Bu insanlar erməni quldurları tərəfindən haqsızlığa məruz qalıblar, zərər çəkiblər, yaxınlarını itiriblər, insanlığa sığmaz vəhşiliklərin şahidinə çeviriliblər. Elə Ağayarovlar ailəsi kimi. Onlar 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə başlayan o dəhşətli qətliamdan qurtulmaq üçün min bir zülmə tab gətirməli olublar.
Sədaqət Hüseynova - Xocalı sakini: Gecə saat 12də 4bir tərəfdən atışma düşdü. Atışma düşəndə uşaqları yuxulu yuxulu durğuzub götürüb qaçdıq. Uje kənddən çıxırıq. Meşədi, meşənin də ətəyində qar qar çayı gedir.Bir tərəflə iliz çayıdır, bir tərəfdən qar qar çayı. Bu çayında 4 bor tərəfi donub buzdu, göydən qar yağır. Uşaalrı keçirdim çayın obiri tərəfinə ki, ayaqları su olmasın. Anaların, qocaların körpə balalrın səsi o çaylara meşələrə düşüb. Dününü ki, meşə ilə yol getməyəmn adam hara gedək ki. Amma halbuki Ağdamla Xocalının arası 30 dəqiqədir. Piyada da gedib çatmaq olardı. Amma istər istəməz bz o yolu gedə bilmirik. İnandırın sizi ki, bəlkə meşədə 1 metrdən çox qardı.
Soyuq fevral ayında Xocalı sakinləri 10 gün meşəyə sığınmalı olublar. Sədaqət Hüseynova həmin günləri ömrünün ən dəhşətli anları olaraq xatırlayır. Qorxu, həyacan, aclıq və susuzluq, şaxtaya tab gətirməyin çətinliyi əsl əzaba çevrilib. 3 övladı və bacısı
Sədaqət Hüseynovanın gözünün önündə donaraq ölüb.
Sədaqət Hüseynova - Xocalı sakini: Ac susuz. 3 körpə uşaq.bilmirəm hansını qucağıma alım hansının əlindən tutum ki. Hərdən bir uşaqlar deyir ki, mama acmışıq bizə çörək ver. İnanın uşaqlar qar yedizdirdim, o kolların dibini əlimlə eşdim ki, görüm o kolun dibində ot varmı. Ot qırıb uşaqların ağzına veridim. Ümidimizi üzdük biz ordan çıxdıq. Bakıda respublikaniski balinsada gözümü açanda mənim uje ayaq barmaqlarım qanqrena olmuşdu. Apresiya olanda barmaqlarımı dibimdən kəsdilər. Dedim kaş barmağım yox ayaqlarımın ikisi də olmazdı ama balalrım bacım sağ çıxardı. 31 ildi gözümüz yoldadı. Deyirəm bəlkə hardasa xəbərləri çıxar. Düzdü gözümün önündə donublar. Ancaq yenə də gözümə innamıram ki, bəlkə böyürdən çıxarlar.
Baş verən faciələrin fonunda Xocalıdakı özünümüdafiə qüvvələri son nəfərinə, son gülləsinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərirdilər. Qüvvələr nisbətinin qeyri-bərabər olduğu bu döyüşlər şəhəri müdafiə edən soydaşlarımızın nümayiş etdirdiyi böyük qəhrəmanlıq, fədakarlıq nümunəsi idi. Təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından ermənilərin hücumu zamanı 3000 nəfərədək silahsız mülki əhali düşməndən xilas olmaq üçün şəhəri tərk etməli oldu. Həmin insanların demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanına çevrildi. Onların içərisində Qaryağdı Quliyevin ailə üzvləri də var. Onun 3 övladı, həyat yoldaşı və qardaşı da Xocalı soyqırımı zamanı həyatını itirib.
Qaryağdı Quliyev - Xocalı sakini: Qızımın ikisi Rəvanə ilə Nuranə onlar, birdə oğlum Şükür -1988-ci il təvvəllüdlü 1-ci sinfə gedirdilər. Həmin gecə mənimlə ayrılan gecə gedib onun maması Zəhra vardı ,əmisi oğlunun qızı Şərqiyyə vardı bunların meyitinin üstünə çıxıblar. Rəvanə qızımım ürəyi orda partlayıb orda qalıb sonra bunlar gedib ayrı bir yerdə gecələyəndə yolka ağacının dibində qızım deyir- onlar donub . Qadı yoldaşımla, balaca qızım birdə bu. Qardaşım milli orduda idi. Milli ordudan gələndə bu bizi tapanda – bayaq baldızım deyir onun əynində paltari vardı , kürkü vardı çıxardıb tökmüşdü gedə bilmirdi. Soyuq vurub soyuqlamışdı. Onuda ayıltdım. Nəysə qardaşımı da götürüb gəldim. Xoruz banlayir, it hurur gordum ki ,səhərin mehi vurub duman gəlib hər tərəf dumandır. Bir xeyli gedmisdik bir şiş dag vardı çıxım görüm isıq hansı tərəfdən gəlirsə yəqin isıq gələn tərəf agdam yolu olar . Çixdim çixa bilmədim mümkün olmadı ,qayıtdım. Elə o yolnan gələndə bizi atəşə tutular.
Bu soyqırımını törədərkən erməni şovinistlərinin əsas məqsədləri əhalini qəddarcasına öldürməklə yanaşı, Azərbaycanın qədim dövrlərinə aid tarixi və mədəni abidələrə malik bir şəhəri olan Xocalını da yer üzündən silmək idi.
Məzahir Cəbrayılov - Xocalı sakini: Atışma düşdü. Səngərdə durmuşdu ermənilər. kolluqlarda , təpələrin başında. Bizdə əliyalın millət gedirdik. Yaralanan milət yaralandı. Şəhid olan şəhid oldu. Uşaqlarımız hamsı yaralandı orda, mənyaralandı. Yodaşım orda şəhid oldu.Elə bil ki bu gün həmin gündü. Dünən də getmişdi hadisə yerinə Ağdama. Çox pis oldum orda əzizlərimiz itdi. Nəinki mənim bütün o Xocalı əhli.Elə ailə var idi ki, bütün ailə batdı hamsı şəhid oldular.
Zahid Cəbrayılov - Xocalı sakini: Durduq uşaqları götürdük caamat çıxır gəldik qarqardan keçdik meşəyə. Elə bildik ki, birdan da arxeyn gedəceyik. Amma ta düşünmədik ki, hələ bizim pis günümüz qabagdadı.bizi gözləyirlə. Işıqlandı hava. 2-3 saat işıqlanmasa hava camatın çox hissəsi sağ qalardı. Deməli bizə qabağdan güllə atılması. Arxadan birdə yanlardan.Güllə boran elədilər.Ağdam cammatı bizim əziyyətimiz çox çəkdi. Həmin o Şelli kəndi gəldi bizim qabaımıza. O Kəndin 9 oğlu şəhid oldu bizə görə.Gəldilər bizə köməyə.
31 il əvvəl ermənilər tərəfindən Xocalıda beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsipləri heçə sayılaraq dinc əhaliyə, xüsusilə də ahıl şəxslərə, qadınlara, uşaqlara qarşı ən amansız qətl üsullarından istifadə edilib. Nəticədə 613 nəfər xüsusi qəddarlıqla öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq valideynlərdən birini itirib, 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də naməlumdur. Bu gün Xocalı soyqırımının canlı şahidlərinin istəyi ədalətin bərpası və insanlığa qarşı yönəlmiş bu kimi soyqırımı aktlarının təkrarlanmaması üçün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən bu soyqırıma və Ermənistanın törətmiş olduğu digər müharibə cinayətlərinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi, törədilmiş soyqırımının günahkarlarının beynəlxalq məhkəmə qarşısında cavab verməsidir.
- Baxış: 434