• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1090
— 25.02.2023 11:59

"Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri gücləndirilməlidir"

KepezTV Player

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda “Ölkəmizdə qəhvəyi mərmər bağacığı, onun monitorinqi, yayılması, zərəri və bağacığa qarşı mübarizə tədbirlərinin təşkili” adlı elmi-praktik seminar keçirilib. Seminarda qəhvəyi mərmər bağacığının bu gün dünyanın müxtəlif ölkələrində 100-dən artıq bitkini yoluxduran və kifayət qədər yüksək zərər verən zərərvericilərdən biri olduğu qeyd edilib. Zərərverici Azərbaycanda ilk dəfə 2017-ci ildə Bakı şəhərində və Zaqatalanın Muğanlı kəndində qeydə alınıb. Ölkəmizdə bu zərərvericinin yayılma arealı inkişaf dinamikası, yoluxduğu bitkilərin çeşidi və onlara vurulan zərərlə bağlı təcili tədqiqat işlərinə başlanmalıdır. Bu nöqteyi nəzərdən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun üzərinə böyük öhdəliklər düşür. Təsərrüfatlara ziyan dəyməməsi üçün bu işdə səfərbər olmağın vacibliyi də vurğulanıb.