KepezTV Player
Meksikalı deputatlar Xocalıya ədalət çağırışı ediblər. Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin və Meksika Deputatlar Palatasının birgə təşkilatçılığı ilə Mexiko şəhərinin Xocalı meydanında yerləşən “Xocalı Soyqırımı” abidəsi önündə anım tədbiri keçirilib. Konqresin üzvləri bəşəriyyətin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının ailələri və Azərbaycan xalqı ilə həmrəylik ifadə edib, dünya ictimaiyyətini Xocalıya ədalətə səsləyiblər. Qonaqlara qanlı faciənin tarixindən bəhs edən bröşür və materiallar təqdim olunub.
- Baxış: 307