• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 887
— 24.02.2023 20:34

"Ukrayna qələbə qazanacağına inanır"

KepezTV Player

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın genişmiqyaslı müharibəyə başlamasının ildönümündə xalqa müraciət edib.Prezident çıxışında ukraynalıların məğlub olmadıqlarını və öz qələbələri üçün mübarizələrini davam etdirəcəklərini vurğulayıb. O, 2023-cü ilin Ukrayna üçün qələbə ili olacağına əminliyini ifadə edib.

Volodimir Zelenski Ukrayna Prezidenti:Bir il əvvəl bu gün səhər saat 7 radələrində cəmi 67 saniyə davam edən qısa bəyanatla sizə müraciət etdim. 2022-ci ilin 24 fevral tarixi məhz belə başladı. Bu, həyatımızın ən uzun və yaxın tariximizin isə ən ağır günüdür. Amma demək istəyirəm ki, biz güclüyük. Hər şeyə hazırıq. Əsas nəticə ondan ibarətdir ki, biz ayaqda qaldıq, məğlub olmadıq. Bu il qalib gəlmək üçün hər şeyi edəcəyik. Qələbə qazanacağımıza şübhə yoxdur.