• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1830
— 20.02.2023 11:20

FHN-in çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər

KepezTV Player

Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Qardaş ölkənin səhiyyə naziri Fahrettin Koca isə zəlzələ bölgəsində epidemiya təhlükəsinin olmadığını vurğulayıb. Dağıdıcı zəlzələlərdən sonra bölgədə 6 mindən çox yeraltı təkan qeydə alınıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hatay bölgəsində azərbaycanlı xilasedicilər dağıntılar altından tapdıqlarını qızıl zinət əşyalarını da yerli polisə təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları da zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir. Belə ki, hospitallarda ötən günlər ərzində ümumilikdə 199-u uşaq olmaqla 1090 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.