• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 897
— 15.02.2023 16:29

Nəşi 8 gün dağıntılar altında qalan tələbə

KepezTV Player

Türkiyədə baş verən zəlzələdən sonra hər kəs onların dağıntılar altından sağ çıxacağına ümid edirdi. Gözləri yolda, qulaqları səsdə idi. Lakin, nə edilən dualar, nə də deyilən qurbanlar fələyin oyununu dəyişdirə bilmədi. 4 tələbədən biri olan Şahin Vəliyev sabah Gəncədə dəfn ediləcək. 

Kimisi həyət bacanı təmizləyir, kimisi də evi silib-süpürür. Vətən müharibəsində dağıldıqdan sonra hələ də istifadəyə tam hazır olmayan ev Şahin Vəliyevlə vida mərasimi üçün hazırlanır. Ailənin ağrı-acısına nə qohum-qonşu, nə də gözlərdən axan yaş toxtaqlıq verir. Nakam arzularla dünyadan köçən Şahinin yoxluğu ilə barışmaq qəbuledilməzdir doğmaları üçün. 

 22 yaşlı Şahin 3 il idi ki, Türkiyədə təhsil alırdı. Malatyanın İnönü Unversitetində İdman meneceri ixtisasının üçüncü kursunda oxuyurdu. Hər kəs onu etdiyi yaxşılıqlarla, qazandığı hörmətlə xatırlayır. Onun barəsində keçmiş zamanda danışmaq çətin olsa da! Hər kəs digər tələbələr kimi Şahinin də dağıntılar altından sağ çıxarılacağına ümid etsə də, bu, baş vermədi. Zəlzələ nəticəsində dünyasını dəyişən 10 Azərbaycan vətəndaşı kimi, onun də nəşi sabah vətənə gətirilərək Gəncədə dəfn ediləcək.  

Elnur Vahidoğlu