• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 14.02.2023 16:48

Evdən qızıl və pul oğurlayan şəxs tutulub

KepezTV Player

İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evindən oğurluq edilib. Evə daxil olan naməlum şəxs oradan 1500 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb. Rayon polis şöbəsinə məlumat daxil olduğu andan cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Kamran Qarayev tutularaq istintaqa təqdim edilib. Onun oğurladığı qızılların hamısı yaşadığı ünvanda gizlətdiyi yerdən maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, Qarayevin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.