KepezTV Player
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Türkiyə klubu “Konyaspor”a transferi rəsmiləşib. Bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. 26 yaşlı hücumçu Konya təmsilçisinə Xorvatiyanın “Dinamo” Zaqreb klubundan mövsümün sonuna qədər icarəyə götürülüb. Klub Emreli də daxil olmaqla, yeni transferləri üçün yaxın günlərdə Konya Böyükşəhər Stadionunda təqdimat mərasimi təşkil edəcək. Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. “Konyaspor” onu mövsümün sonunda birdəfəlik transfer etmək hüququna malikdir.
- Baxış: 399