• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 843
— 10.02.2023 12:19

Naftalan ictimaiyyətindən Türkiyəyə yardım

KepezTV Player

Türkiyədə baş verən zəlzələdə çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Naftalan ictimaiyyəti də dəstək nümayiş etdirir. Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Türkiyənin Gəncədəki baş konsulluğunda olub, matəmlə əlaqədar olaraq baş konsul Recep Öztopa başsağlığı verib. Konsulluq binasının qarşısında yaradılan xatirə güşəsinin önünə tər çiçəklər düzülüb. Şəhər ictimaiyyəti tərəfindən qardaş Türkiyədə təbii fəlakətdən zərər çəkən şəxslərə humanitar yardım toplanıldığı diqqətə çatdırılıb. Aksiya zamanı yığılaraq zəlzələ bölgəsinə göndərilməsi nəzərədə tutulan vasitələrin Gəncədəki toplama məntəqəsinə gətirildiyi vurğulanıb. Baş konsul Azərbaycan vətəndaşları kimi Naftalan sakinlərinin də göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib və bu cür humanitar yardımların zəlzələdən əziyyət çəkən bölgələrdəki insanlar üçün əhəmiyyətli olduğunu bildirib. Ardından Naftalandan gətirilən humanitar yardım Gəncədəki toplanma məntəqəsinə aparılaraq Türkiyəyə göndərilməsi üçün boşaldılıb. Yardım əsasən ərzaq məhsullarından, isti geyimlərdən, gigiyenik vasitələrdən və qızdırıcılardan ibarət olub.