• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 982
— 08.02.2023 20:10

Sakinlərin içməli su ilə təminatı yaxşılaşdırılır

KepezTV Player

Göygöl şəhərinin dayanıqlı içməli su təchizatı yaxşılaşdırılır. Bu məqsədlə çəkilən yeni kəmər sakinləri daimi su ilə təmin etməyə imkan verəcək.
Göygölə gələn içməli su kəmərində təmir-bərpa işləri "Azərsu ASC"-nin 7 nömrəli Regional Sukanal İdarəsi tərəfindən Toğanalı kəndinin dağlıq hissəsində aparılır. İşlərə yanvarın əvvəlindən başlanıb.
Adətən su xətti çəkilişləri yaz, yay və payız aylarında həyata keçirilir. Ancaq bu dəfə "Azərsu" tərəfindən qış aylarında yerinə yetirilən su xətti çəkilişi işlərin vaxtında təhvil verilməsinə hesablanıb.
Mənbəyini Kürəkçayın Murovdağ qolundan götürən içməli su xətti ümumi uzunluğu 1400 metr olan 400 millimetrlik borularla çəkilir. Göygöl suqəbuledici mənbəyə qədər olan borunun 1100 metri hazırdır. Sərt hava şəraitinə baxmayaraq tikinti işlərinin ən geci fevralın sonunda bitəcəyi planlaşdırılıb.