KepezTV Player
Prezidenti İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlətimizin başçısı səfirlə söhbət edib. Dövlət başçısı bildirib ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. "Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verib. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər" - deyə Prezident vurğulayıb.
- Baxış: 276