KepezTV Player
Türkiyədə baş verən dəhşətli zəlzələnin episentri olan Kahramanmaraş şəhərində yaşayan azərbaycanlıların vəziyyəti açıqlanıb. Kahramanmaraşda qeydiyyatda 56 nəfər azərbaycanlı var. Lakin onların neçəsinin hazırda şəhərdə olduğu məlum deyil. Çünki bəziləri imtahanlar bitdiyinə görə Azərbaycana qayıdıblar. Hazırda Türkiyədə olan tələbələrimiz cəm halında sığınacaqlarda yerləşiblər, ailələr də nisbətən təhlükəsiz yerlərdədirlər.Hataydakı azərbaycanlılar isə mövcud vəziyyətlə bağlı evlərinə daxil ola bilmirlər.
- Baxış: 224