• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1581
— 05.02.2023 19:05

Zal nəzarətçisi olmaq istəyən namizədlərə təlim keçirilib

KepezTV Player

Gəncədə Dövlət İmtahan Mərkəzi tərəfindən zal nəzarətçi qismində cəlb edilən namizədlər üçün sertifkasiya imtahanına hazırlıq məqsədi ilə təlim keçirilib. Dörd saat davam edən təlimdə 126 namizəd iştirak edib. Burada iştirakçılara zal nəzarətçilərinin öhdəlikləri, imtahan vaxtı üzərlərinə düşəcək vəzifələr izah edilib. Texnologiyalar və imtahanın gedişi ilə bağlı qaydalardan danışılıb. Protokolların yazılması, cavab kartlarının doldurulması, paylanması və yığılması qaydalarından bəhs olunub. Eləcə də, Dövlət İmtahan Mərkəzi tərəfindən olan, həyata keçirilən yeniliklər barədə məlumatlar verilib. İmtahan zalının peşəkar idarə olunması üçün mühüm məqamlar qeyd edilib,  şəxsi anket məlumatlarını dəqiqləşdirmək, nəzarətçi müəllimlərin xüsusi hallarda operativ qərar qəbul etmə qabiliyyətlərini interaktiv üsullarla, sorğu-sualla ortaya çıxarmaq yönündə tövsiyyələr verilib. Bu təlimin sonunda namizədlər zal nəzarətçisi olmaq üçün sertifkasiya imtahanında iştirak edəcəklər.