• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2203
— 04.02.2023 20:02

"Kəpəz" "Qarabağ"la sülh bağladı

KepezTV Player

Futbol üzrə Azərbaycan premyer liqasında 21-ci tura start verilib. Həftənin açılış qarşılaşmasında “Kəpəz” Gəncədə “Qarabağ”ı qəbul edib.
Oyundan öncə “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanovun Gəncəyə ermənilərin endirdiyi raket zərbələrindən zərər çəkmiş Həsənovlar ailəsi ilə görüşü baş tutub. Məlum hadisələr zamanı təcrübəli çalışdırıcı Aylin və Məryəm bacılarına oyuncaqlardan ibarət böyük hədiyyə bağlaması göndərmişdi. Hakimin start fitindən öncə bu iki azyaşlı “Qarabağ”ın baş məşqçisinə gül dəstəsi verərək təşəkkürlərini bildiriblər. Oyuna gəlincə görüş qarşılıqlı hücumlarla başlayıb. Qarşılaşmada hesab 24-cü dəqiqədə açılıb. Sağ cinahdan qapı önünə göndərilən asma zamanı “Kəpəz”in qapıçısı Orxan Sadıxlının çıxışdakı səhvini Musa Qurbanlı bağşlaşmayıb. Hücumçu yumşaq mərmini başıyla tora sancıb. İlk yarının sonunda meydan sahibləri hücumlardan birində penalti qazansa da, VAR baxıldıqdan sonra oyundan kənar vəziyyət qeydə alındığı üçün qərar ləğv edilib. İkinci hissəyə isə meydan sahibləri yaxşı başlayıblar. 49-cu dəqiqədə Ahmed Ayzaya qarşısıalınmaz zərbə ilə hesabı bərabərləşdirib. İrəliləyən dəqiqələrdə Qarabağdan Musa Qurbanlının dubl etmək imkanı olsa da, son anda “Kəpəz”in müdafiəçini buna mane olub. Yekunda tərəflər meydanda 1:1 hesablı sülhlə ayrılıblar.