• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1265
— 01.02.2023 19:06

Sayı artan və cavanlaşan ürək xəstəlikləri

KepezTV Player

Qərb bölgəsində ürək xəstələrinin sayı durmadan artır. Artan say həm də xəstəliyin cavanlaşdığını göstərir. Təcili yardıma da edilən müraciətlər sırasında ürəyindən şikayətçi olanlar öncül yerdədir. 
Qərb bölgəsində yeganə ixtisaslaşmış səhiyyə ocağı olan Gəncə şəhər Kardioloji Xəstəxanasına gün ərzində 150-yə yaxın müraciət daxil olur. Şikayəti olanların yarıdan çoxu 40 yaşına kimi şəxslərdir. Müraciətlər əsasən, ürəkdə küt ağrılar, artan döyüntülər, halsızlıq və mini infarkt halları ilə bağlıdır.
Bundan başqa, sağlamlığa biganə yanaşmaq, həkimə vaxtında müraciət etməmək də ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.
Gün ərzində Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasına edilən müraciətlər arasında da ürəklə bağlı şikayətlərin çox olması həkimlərin məsləhətinə ciddi yanaşmanı tələb edir.
Hazırda Gəncə şəhər kardioloji xəstəxanasında 58 nəfər ürək-damar xəstəliyindən stasionar müalicə alır.

Elnur Vahidoğlu