Hər birimizin aylıq xərcləri əldə etdiyimiz gəlirlərə uyğun olaraq dəyişir. Bəziləri aldığı maaşı bir neçə gün ərzində xərcləyib, ayı borcla başa vurur, bəziləri isə qənaətlə idarə edir. Maraqlıdır, bəs şəhər sakinləri öz qazanclarını necə idarə edir və nəyə xərcləyirlər?
Ötən il ölkə əhalisi gəlirlərinin yarıdan çoxunu ərzağa xərcləyib. İçkilər və tütün məmulatları, toxuculuq məhsulları, geyim, avtomobil yanacağının alınmasına da az pul sərf edilməyib. ((VOX-POP Ən çox hissəsi ev üçün işlənir elə. Pradukta. Elə indicə dərman aldım. Qida məhsulları, komunal. Ən çox hissəsi kreditlərimə. Dərmana, yeməyə içməyə. Maşının benzinə gedir pul. Yeməyə, kamunala geyimə.)) İqtisadçı ekspert Məsim Abadov deyir ki, ərzaqla yanaşı son vaxtlar dərman vasitələrinə olan təlabat artıb. Bundan başqa səyahət və gəzinti kimi xərclər qənaət olunmuş vəsaitlər hesabına reallaşdırılır ki, bu da hər kəsə nəsib olmur.
Pul qazanmaq çətin olduğu kimi onu düzgün xərcləmək də hər insanın işi deyil. Sorğu zamanı əksər insanlar büdcələrinə qənaət edə bilmədiklərini də qeyd elədilər. ((VOX-POP Bir dəfə toy olanda artırmaq olmur. Bu aydan o aya ancaq çıxırıq. Ayın 20-nə kimi görür uzağı.10 gündə uje çətinləşir Artıqmaq olmur. Mən təqaüd alıram görümür heç. Bahadı hər şey artırmaq olmur. Evin kamunalına ərzağına xərcləyəndən sonra heç nə qalmır.
Ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard manatdan çox ərzaq və qeyri-ərzaq malları satılıb. 2022-ci ildə də əhali öz qida rasionuna qiymətləri nə qədər bahalaşsa da, daha çox ət və ət məhsulları, balıq məhsullarını daxil ediblər. Digər yandan kartof, yumurta və yağ geniş istifadə olunan ərzaq məhsulları olub.
- Baxış: 268