• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2362
— 28.01.2023 11:29

Ağcabədidə mağazadan oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Ağcabədinin Aşağı Mehrablı kəndində naməlum şəxs və ya şəxslərin pəncərədən daxil olaraq mağazadan oğurluq etməsi barədə polis əməkdaşlarına məlumat daxil olub. Cinayəti törətməkdə şübhəli bilinən Beyləqan sakini Pənah Həsənli “isti izlərlə” saxlanılıb. Onun danışıq kartları, tütün məmulatları, spirtli içkilər və ərzaq məhsulları oğurlayaraq zərərçəkmişə müəyyən miqdarda ziyan vurduğu müəyyən edilib. Əşyaların bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb. Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.