• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1502
— 18.01.2023 11:27

Üzdə ləkələrin yaranma səbəbləri

KepezTV Player

Dahi şair Nizami Gəncəvi şeirlərinin birində dediyi kimi;

                        Aldanma insanın gözəlliyinə,

                        Gözəllik insanın daxilindədir.

                        Xarici olsa da parlaq bir günəş,

                        Daxili bəlkə də zülmət gecədir.

 

Hər insanın xasiyyətinin, düşüncəsinin, görünüşünün fərqli olduğu kimi, dəri quruluşu da müxtəlifdir. Biz bu müxtəlifliyə bəzi xanımların üzündə  yaranan ləkələr, çillər, səpkilər, rəng dəyişikliyi  olaraq rast gəlirik. Əksəriyyətinin heç bir zərəri olmadığı halda, bəziləri isə xəstəliklərin əlaməti kimi ortaya çıxır. Bunlara  isti hava, yağlı dəri, zəifləmiş immunitet, hormonal dəyişikliklər və tərləmə səbəb ola bilir. Aparılan araşdırmalar göstərib ki, dəridə yaranan ləkələrin rənginə baxaraq onun hansı xəstəliyin əlaməti olduğunu müəyyənləşdirmək mümkündür. Bəs maraqlısı odur ki,bu ləkələrin qarşısını almaq üçün insanların istifadə etdikləri metodlar hansılardır? Gəlin bu haqda özlərində soruşaq..

Əgər xəstəlik vaxtında müalicə edilməzsə, ləkələr sürətlə artır və zamanla qarşısını almaq daha da çətinləşir. Öncə ləkəni yaradan səbəbi üzə çıxarmaq, sonra isə müalicəyə başlamaq lazımdır. Müalicə isə həm tibbi, həm də kosmetoloji yolla aparıla bilər.Ə gər ləkə göbələk xəstəliyi ilə əlaqəlidirsə antifunqal, hormonal dəyişiklikdən qaynaqlanırsa, hormon səviyyəsini tənzimləyən preparatlardan istifadə üçün mütləq həkim məsləhəti almaq lazımdır. Kosmetoloji olaraq ləkələrə qarşı üz maskaları da çətin anda köməyə gəlir. Gözəlliyimizin və sağlamlığımızın vaxtında  qeydinə qalmalıyıq ki, sonra daha böyük problemlərə gətirib çıxarmasın.