• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 780
— 23.01.2023 19:19

İdman məktəbi nə vaxt istifadəyə veriləcək?

KepezTV Player

Gəncədə tikintisi davam edən bir neçə idman qurğusu var ki, onlar arasında 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi xüsusi yer tutur. Ölkə idmanına kifayət qədər tanınmış simalar bəxş edən idman ocağında hazırda inşaat işləri nə yerdədir, idman məktəbi nə vaxt istifadəyə veriləcək?
Qurğuda əsaslı şəkildə yenidənqurma işlərinə 2020-ci ildən başlanılıb. Artıq 3 ildir ki tikintisi gedən idman məktəbində A, B, C və D korpuslarında müəyyən dəmir beton işləri yekunlaşıb və bəzi inşaat işlərinə isə start verilib. Məsələn üzgüçülük hovuzu yerləşən D blokunda qaba işlər başa çatıb, dam örtüyü vurulduqdan sonra tamamlama işləri görüləcək. Ümumilikdə tikinti işlərinin 50 faizə yaxını demək olar ki, tamamlanıb.
İdman qurğusunda olimpiya və qeyri-olimpiya olmaqla müxtəlif idman növləri, həmçinin əvvəlkindən fərqli qılıncoynatma, gimnastika və oxatma kimi növlər üçün də zallar nəzərdə tutulub. Məktəbdə təbii və süni örtüklü 4 futbol, eləcə də basketbol meydançaları salınacaq. Qışda işlər ləng getsə də, tikintinin vaxtında təhvil verilməsi planlaşdırılır.
İdman məktəbində tikinti üçün istifadə olunan sahə 3 min kvadratmetrdən artıqdır. Qurğunun ümumi sahəsi isə 7 hektara yaxındı. İnşaat işləri yekunlaşdıqdan sonra ərazidə yaşıllaşdırma işləri də  həyata keçiriləcək.