• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2193
— 22.01.2023 19:33

Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva vəfat edib

KepezTV Player

Azərbaycanın Əməkdar artisti, hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə Əliyeva uzun sürən ağır xəstəlikdən sonra ömrünün 49-cu ilində vəfat edib.Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Daha sonra Gəncədə televiziyamızda, Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında da işləyib. O, sonradan öz fəaliyyətini bir sıra televiziya verilişlərinin aparıcısı kimi davam etdirib. Əməkdar artist “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq. Allah rəhmət etsin.