• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1564
— 20.01.2023 16:28

33 ili tamam olan qürur tarixi

KepezTV Player

Qan yaddaşımız sayılan 20 yanvar unudulmayacaq. Yaddan çıxmayacaq mili azadlıq mücahidlərimiz. Elə Gəncədə də. Hər kəs Şəhidlər Xiyabanına axışaraq Vətən qəhrəmanlarının xatirəsini yad etməyi borc olaraq bilirlər özləri üçün.

Qatil gülləsinə qurban gedərkən,Gözünü sabah dikdi şəhidlər, 3 rəngli bayrağı öz qanlarıyla, Vətən göylərinə çəkdi şəhidlər. Bu gün 20 yanvar, həmin o qanlı gecədən 33 il keçir. Hər zaman olduğu kimi xalqımız yenə də öz müqəddəs and yerini ziyarət edib, şəhidlərimizin məzarları üstünə tər qərənfillər düzürlər.

Azadlıq mücahidlərimizin qanıyla yazılan şərəfli tarixdən 33 illik zaman kəsiyi ayırır bizi. Milli müstəqillik, azadlıq uğrunda mübarizə və yenilməz iradənin rəmzinə çevrilən 20 Yanvar hadisəsi xalqımız azadlıq əzmini qıra bilmədi, əksinə, haqq səsini daha ucadan bəyan etməyimizə səbəb oldu.

Şəhidlər xiyabanını 30 il biraz niskinli, üzgün bəklə də özümüzü biraz özümüzü günahkar hiss edərək, ziyarət edirdik. Bu gün isə bura başı dik gəlirik. Çünki Qarabağ doğma nəfəslərlə isinir.

Düz 33 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarının qəhrəmanlığı böyüməkdə olan nəsl üçün əsl mayak oldu. Gəncənin şəhidlər xiyabanında uyuyan 600-ə yaxın şəhid mzarı bunu təsdiq edir. Həm 1-ci, həm də 2-ci Qarabağ savaşında, eləcə də ölkəmizin azadlığı uğrunda canından keçənlər vətən övladları bu gün qürurlavətən torpağında gəzməyimizin səbəbkarlarıdırlar.

Gəncədə reallaşan anım tədbirində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsi ziyarət edilib, önünə əklil qoyulub, gül dəstələri düzülüb, şəhidlərin ruhuna hörmət ifadə edilib. 
Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.
Şəhərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Şəhidlər xiyabanı, əsrlər keçsədə xalqımızın əbədi ziyarətgahı olaraq qalacaq. İllər keçəcək, nəsillər dəyişəcək lakin şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və unudulmayacaq.

 

Nərgiz Əhmədqızı