Ölkədə pambıqçılıq üzrə tanınmış alimlərdən biri olan Ələddin Tağıyevin 70 illik yubileyi çalışdığı Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda qeyd edilib. Pambığın seleksiyası, genetikası və toxumçuluğu üzrə respublikada yeganə aqrar elmlər üzrə elmlər doktorunun bu sahədə 45 ildən artıq fəaliyyətinin parktik nəticələrindən danışılıb. 7 pambıq sortunun müəllifi olan yubilyar pambıq toxumunun səpinqabağı ozonlaşdırılması üsulu, xəstəlik, quraqlıq və şoranlığa davamlımutant mənşəli pambıq xəttlərinin yaradılması istiqamətində tədqiqatlar aparıb. Pambıq sortlarının Azərbaycanın bölgələrinə uyğun qiymətləndirilməsi və seçilməsi üzrə praktik fəaliyyəti ilə seçilir. 100-dən artıq elmi əsərin, 2 monoqrafiyanın müəllifi olan Ələddin Tağıyevin 5 yetirməsi var. Elmi-Tədqiqat İnstitutunda texniki bitkilərin seleksiyası şöbəsinin müdiri olan alimə fəaliyyətində uğurlar arzulanıb.Tədqiqatçı alimin yubileyi qeyd edilib
- Baxış: 320