• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 879
— 15.01.2023 20:09

"Avropa dövlətləri Azərbaycanın beynəlxalq nüfuzunu yaxşı dərk edir"

KepezTV Player

Şuşada keçirilən etiraz aksiyası 2 gün əvvəl Almaniya Prezidenti Frank Valter Ştaynmayerlə Prezident İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı da müzakirə edilmişdi. Ümumiyyətlə, Avropanın ən güclü dövlətlərindən birinin prezidentinin-- Azərbaycanın dövlət başçısına zəng etməsi, bölgədə baş verən prosesləri şəxsən Prezident İlham Əliyevdən eşitməsi doğrudan da vacib məqamdır. Bu, bir daha təsdiq edir ki, Emənistan və onun havadarlarının səs-küy salması ilə deyil... Yəni, bir az da konkretləşdirsək, Fransa Avropa deyil.

Avropa dövlətləri Azərbaycanın regional və beynəlxalq nüfuzunu,təhlükəsizlik sisteminə tövhələrini yaxşı dərk edir. Buna görə də Azərbaycanla hesablaşırlar. Qoca qitənin digər ölkələri kimi Almaniya da Fransanın pozuculuq niyyətlərini yaxşı görür. Rəsmi Berlin qonşusunun qurmaq istədiyi oyunun alınmayacağını başa düşür və bu avantürada iştirak etmək istəmir.

Fransa siyasi addımları və xarici siyasət prioritetləri ilə göstərir ki, beynəlxalq hüquq normalarından xeyli uzaqdır. Azərbaycan da haqlı olaraq Fransanın vasitəşilik rolundan imtina edib. Beləliklə rəsmi paris danışıqlar prosesinə nəzarəti əlinə götürə bilmədi, onun bu istiqamətdə bütün cəhdləri iflasa uğradı.

Rəsmi Bakı Aİ və Ermənistanın iştirakı ilə aparılan üçtərəfli formatı dəstəkləyir. Eyni zamanda prosesin kimlərinsə maraqları istiqamətinə yönəldilməsini qəbul etməyəcəyini aydın şəkildə göstəriri. Belə cəhdlərin heç bir perspektivinin olmayacağı Azərbaycan qədər Fransaya da yaxşı bələddir. Çünki 44 günlük müharibədə bu ölkənin canfəşanlığı bir özünə, bir də ermənistana qaldı.