• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2082
— 11.01.2023 19:25

Əvəzedicilər mövsümün ikinci yarısına hazırlaşır

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında olduğu kimi 1-ci divizionda da komandalar qış fasiləsindən yararlanaraq təlim-məşq toplanışındadırlar. “Kəpəz”in əvəzediciləri də mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirir.
Sarı-göylər məşqlərini əsas komandadan fərqli Gəncədə keçirlər. Yanvarın 5-dən məşqlərə başlayan dağlılar 1 aya yaxın toplanışda olacaqlar. Futbolçular gündə 1 dəfə məşq edirlər. Məşqçilər korpusu demək olar ki, yarı-yarıya həm fiziki, həm də taktiki çalışmalara üstünlük verirlər. Əvəzedicilər toplanış çərçivəsində yoxlama oyunlarında da qüvvəsini sınayacaq. Artıq rəqiblər də məlumdur.
Mövsümün ilk yarısından sonra uğurlu çıxışları ilə diqqət çəkən dublun bir neçə oyunçusu əsas komandalara dəvət alıblar. Çalışdırıcılar futbolçu yetişdirməklə yanaşı yaxşı nəticələr əldə etməyi də qarşılarına hədəf qoyublar.
Qış toplanşında komandanın düşərgəsinə aşağı yaş qruplarından bir neçə oyunçu da cəlb edilib. Futbolçular yaxşı toplanış keçərək qarşıdakı yoxlama oyunlarından sərfəli nəticələrlə ayrılıb çempionata motivasiyalı başlamaq istəyindədirlər.
“Kəpəz”in əvəzediciləri təlim-məşq toplanışını fevralın əvvəlində başa vuracaq. Hazırlığın ardından komanda ayın 7-də 16-cı tur çərçivəsində evdə “Zirə-2”ni qəbul edəcək.