• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 11.01.2023 19:57

5 otaqlı ev yanaraq yararsız vəziyyətə düşüb

KepezTV Player

Gəncədə yanğın hadisəsi baş verib. Təbriz küçəsi, dalan 8, ev 4 ünvanında Hüseynov Şahmar İsgəndər oğluna məxsus 5 otaqlı evdə anidən alov meydana gəlib. Yanğın zamanı evdə heç kim olmayıb. Dərhal əraziyə yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə zamanı 200 kv.metrlik evin 190 kv.m-lik hissəsi əşyalarla birlikdə yanıb. Alov yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınaraq söndürülüb. Hadisənin səbəbləri araşdırılır.