• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 09.01.2023 12:11

Ermənilər kömək istəyən Toros Qazaryanı öldürmək istəyirlər

KepezTV Player

Ermənilər Azərbaycanlı hərbçilərdən kömək istədiyi üçün Toros Qazaryanı öldürməyə çağrışlar edirlər. Bir neçə gün əvvəl mülki erməni Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib. Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb. Dünən Şuşada - Xankəndi-Laçın yolundakı aksiya yerində həmin mülki erməni Xankəndinə yola salınıb. Bundan sonra isə sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Toros Qazaryanın ünvanına müxtəlif təhqirlər və təhdidlər səsləndirilib. Hətta bir sıra erməni sosial şəbəkə istifadəçiləri Qazaryanı öldürmək lazım olduğunu bildiriblər.